Şərtlər və qaydalar
Giriş haqqı ziyarətçilərə Kinderland-in iqtisadi təlimatlarına uyğun olaraq bütün fəaliyyət sahələrinə daxil olmağa imkan verəcəkdir. “K-MALL”, “Kinderland Store”, “Photo Studio”-da olan yeməklər, içkilər və digər məhsullar giriş haqqına daxil deyildir. Kinderland mərkəzindəki hava limanında qeydiyyata alınan zaman uşaqlara və onları müşayiət edən böyüklərə radio tezlikli antenna və identifikasiya çipi quraşdırılmış bilərzik verilir. Bilərzik daim qola bağlı vəziyyətdə qalmalıdır, ziyarətçilər arasında dəyişdirilə bilməz və yalnız ziyarət sonunda valideyn icazəsi ilə işçilərimiz tərəfindən çıxarıla bilər. Alınan bilet, etibarlılıq müddətində yalnız bir şəxs tərəfindən istifadə edilməlidir.
Rəhbərlik öz istəyi ilə, istənilən vaxt Kinderland mərkəzini tam və ya bir hissəsini bağlamaq və ya zirayətçi sayını məhdudlaşdırmaq hüququ özündə saxlayır. 6 yaşdan kiçik uşaqlar büyüklərin müşayiəti ilə Kinderland-ə daxil olmaq imkanına sahibdir. Uşaqlara böyüklərin müşayiəti olmadan mərkəzdən müvəqqəti çıxmağa belə icazə verilmir. Böyüklər və 15-17 yaş arası hər hansı bir şəxs uşaqlar ilə birgə mərkəzə daxil ola bilər. Uşaqlar 6 yaşdan böyükdürsə, onları müşayiət edən böyüklər mərkəzi müvəqqəti olaraq tərk edə bilərlər.
Alinan bilet və “Kindi”-ləri (xüsusi pulllar) etibarlı bir yerdə saxlayın, itirilmiş bilet və “Kindi”-lərə görə məsuliyyət daşımırıq və təzminat ödənilməyəcək. Ziyarətçilər əyləncə mərkəzinə özləri ilə qida, içki, silah və ev heyvanları gətirə bilməzlər. Kinderland-də hər hansı icazəsiz elan, broşura və digər reklam materiallarının paylanılmasına icazə verilmir. Bütün uşaqlar və onları müşayiət edən böyüklər digər ziyarətçilərə qarşı mehriban olmalı və onlara hörmətlə yanaşmalıdırlar. Əyləncə mərkəzində siqarət çəkmək və saqqız çeynəmək qəti qadağandır.
Allergiya ilə bağlı problemləri olan uşaqlar barədə səlahiyyəli nümayəndələrimizə məlumat verilməlidir. Bir biletdən yalnız bir dəfə istifadə etmək mümkündür. Qeyd edək ki, mərkəzimizdə itən, oğurlanan və zədələnən əyşalara görə məsuliyyət daşımırıq. Foto çəkdirmək istəyən ziyarətçilər bizim mərkəzin fotoqraflarına müraciət edə bilərlər.
Bu şərtləri qəbul etməklə, siz Kinderland-in reklamı, təbliği ilə bağlı (məsələn, Kinderland-in veb saytında, sosial şəbəkələrdəki saytlar və səhifələr, tərəfdaş saytlar, Kinderland üçün açıq reklam və broşuralar) şəkillər və yaxud qeydlərdən istifadə etməyimizə razılıq verirsiniz. Biz həmçinin bu şəkilləri və yaxud qeydləri redaktə etmək, dəyişdirmək və yayımlamaq hüququna sahibik. Bir qayda olaraq, böyüklərin Kinderland-in əyləncə obyektlərinə daxil olmasına icazə verilmir.
Obyektlərin Fəaliyyət Qaydaları
Bəzi obyektlərin iş qrafiki fərqlidir. Hüdürlük, çəki və ya yaş məhdudiyyətlərindən asılı olaraq, hər bir uşaq təcrübə etmək istədiyi fəaliyyətləri seçməkdə sərbəstdir. Qeyd edək ki, obyektlərdə hər hansı bir reklam və tanıtım ilə bağlı foto və video çəkiliş aparmaq qəti qadağandır.
Nəzərinizə çatdırmaq istərdik ki, bəzi obyektlər və müəssisələr ad günləri və bayram şənlikləri, xüsusi tədbirlər, həmçinin təmir və ya yenidən qurma işləri səbəbindən müvəqqəti bağlana bilər. Böyüklərin uşaqların fəaliyyət sahələrinə girişi qəti qadağandır. Kinderland-də qazana və ya xərcləyə biləcəyiniz “Kindi”-lərin (xüsusi pullar) miqdarı fəaliyyət sahəsindən asılı olaraq dəyişə bilər.
Şərtlər və Qaydalar
Kinderland veb-səhifəsindən istifadə etməklə siz aşağıdaki şərtlərə və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənən bütün mövcud qanun və qaydalara riayət edəcəyinizi açıq şəkildə bildirirsiniz.
Kinderland veb-səhifəsində olan loqotiplər Kinderland veb-səhifəsinə məxsus qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır və heç bir halda Kinderland şirkətinin qabaqcadan yazılı icazəsi olmadan istifadə edilə bilməz.
Bu veb-səhifənin məzmunu və proqram təminatı Kinderland şirkətinin mülkiyyəti hesab olunur və müəlliflik hüquqları ilə qorunur. Bu qayda və şərtlərin məhdud lisenziya təminatında açıq şəkildə ifadə olunanlar istisna olmaqla, yerdə qalan heç bir halda Kinderland öz ticarət nişanları, müəlliflik hüquqları və ya digər özəl məlumatları ilə bağlı hər hansı zidd ifadə və ya nəzərdə tutulan hüquqa yol vermir.
İstifadəçilər bu veb-səhifənin bütün səhifələrinə keçid edə, orda qeyd olunan məlumatları öz şəxsi istifadəsi üçün saxlamaq hüququna malikdirlər. İstifadəçilər heç bir halda hər-hansı bir məqsədlə veb-səhifəsindəki materialın surətini çoxalda, yükləyə, dərc edə, dəyişdirə və ya digər bir şəkildə yaya bilməz.
Biletlərin geri qaytarılması siyasəti
Alınan biletlər yalnız müştəri bileti əldə etdikdən sonra heçbir xidmətdən istifadə etmədiyi halda geri qaytarılması mümkündür.