Ziyarətinizi planlayın

Ziyarətinizi planlayın

Məktəblər

Təhsil proqramına inteqrasiya

Uşaqların həyat bacarıqlarını və dəyərlərini inkişaf etdirmək üçün hazırlanmış rol oyunlarımız bir çox məktəb fənləri ilə əlaqələndirilə bilər. Bu, məktəbdə, evdə və dostları ilə ünsiyyət quran uşaqlara fayda gətirəcək bacarıqlardır.

Parkımızda Təhsil Nazirliyi tərəfindən təqdiqlənmiş rəsmi illik ümumtəhsil məktəblərinin tədris planı əsasında Kinderland-dəki fəaliyyətləri icra etmək üçün geniş Təhsil Məzmunu işlənib hazırlanmışdır. Bu proqram müəllimlərə tədris prosesini asanlaşdırmaq, yəni təhsil yanaşmalarını inkişaf etdirmək və uşağın yeni bilik əldə etmək marağını artırmaq üçün ideal vasitədir.

Korporativ tədbirlər

Team Building

Mövcud standartlardan tamamilə fərqli bir korporativ tədbir keçirmək istəyirsiniz? Burada qonaqlarınız seçimlərinizə uyğun olaraq, kiçik gecə klubunda karaoke yarışmasında, bir teatrda istedad və ya mahnı müsabiqəsində, şəhər mərkəzindəki stadionda futbol turnirində və ya digər əyləncə fəaliyyətlərində iştirak edə bilər.

Mərkəzimiz korporativ tədbirləriniz üçün mükəmməl bir yerdir!

Kinderland-də xüsusi günlər üçün hədsiz əyləncə və xidmət təklif edirik. Məhsul təqdimatı ilə bağlı mərasimlər, mətbuat konfranslar, korporativ yığıncaqlar və ya sosial məsuliyyət layihələri ilə əlaqədar tədbirlərinizi başdan sona qədər mükəmməl şəkildə təşkil edəcəyik.

Məhsul təqdimatı ilə bağlı mərasim

İstər kütləvi, daha əyləncəli tədbir olsun, istərsə də məlumat xarakterli "göstər və izah et" şousu olsun, Kinderland sizə məhsulunuzu daha da yaxşı təşviq etmək üçün xüsusi bir şəhərcik və yaradıcı üslüb təklif edə bilər.

Mətbuat konfransları

Öz şəhərciyinizdə mətbuat konfransı təşkil etmək istəməzsinizmi? Tamamilə təhlükəsiz, səssiz və nəqliyyatın olmadığı küçələr də daxil olmaqla, Kinderland-dəki ümumi mühit sizə istehlakçıların və mətbuat nümayəndələrinin marağını yüksək dərəcədə artırmaqda kömək edəcəkdir.

Sosial məsuliyyət layihələri ilə bağlı tədbirlər

Seçdiyiniz uşaq qruplarını dəstəkləyən sosial məsuliyyət layihələri ilə bağlı tədbirlər zamanı eksklüziv qrup endirim qiymətlərindən faydalana bilərsiniz. Kinderland komandası, məlumatlarınızı üçüncü tərəflərə ötürmədən yalnız sizin adınızdan müəyyən uşaq qrupları üçün tədbirlər təşkil edə bilər və sizə bu barədə ətraflı hesabat təqdim edə bilər.

Əlavə məlumat və rezervasiyalar üçün +994 51 207 24 63 nömrəsi ilə əlaqə saxlaya, və ya [email protected] electron ünvanına müraciət göndərə bilərsiniz.

robot-small dog boy and girl