OD

OD – onun haradan olduğu və yaşı məlum deyil.  Dani və Mina onu köməyə ehtiyacı olan zaman tapıblar, lakin haradan gəldiyini xatırlaya bilmir. O, bədəninin hissələrini yanğınsöndürən və inşaat maşını, həmçinin dondurma satan aparat kimi xüsusi işləri yerinə yetirmək üçün uyğunlaşdıra bilir. O, zəngin arxivi sayəsində bütün suallara cavab tapır. Lakin insani münasibətə gəldikdə, OD bir az qəribədir. O, çox sevgi dolu biridir, yeni dostlarına və ailəsinə (Dani, Mina və Odin) daim qayğı göstərir.

Odun arzusu: Dani və Minanı qorumaq, məqsədlərinə çatmaqda onlara yardımçı olmaq. Planetin qeydinə qalmaq, bütün növ canlılara, bitkilərə və heyvanlara qayğı göstərmək.

Cinsi:Kişi
Yaş:Məlum deyil
Doğum tarixi:12 mart
İdman:Atletik olmamasına baxmayaraq, həqiqətən də güclüdür
Hobbisi:Ətraf mühitə, bitki və heyvanlara qulluq edərək yeni bilgilər öyrənmək.
Sevimli yeməyi:Günəş enerjisi
Sevimli musiqisi:Əlbəttə, elektronik musiqi!
Sitat:“Arxivlərim deyir ki ....”