Haqqımızda

Kinderland – uşaqlar üçün yaradılmış şəhər

Ümumi sahəsi 5000 m² olan Kinderland küçələri, mağazaları, teatrı və xüsusi valyutası olan gerçək bir şəhəri xatırladır. Bu şəhər 4-14 yaş arası (Körpələr üçün ərazidə isə 2-4 yaş) uşaqlar üçün nəzərdə tutulub və bütün uşaqların əylənməsi üçün 60-dan çox real həyat fəaliyyətləri ilə əyləncə və təhsili özündə cəmləşdirir.

Azərbaycanın ilk təhsil yönümlü əyləncə parkı – Kinderland, Bakı şəhərinin kiçildilmiş versiyasına bənzəyir. Kinderland-də uşaqlara oyun fəaliyyətləri vasitəsilə öyrənmə bacarıqları təşviq olunur və bu bacarıqlar müxtəlif təcrübələr yolu ilə onlara daimi olaraq aşılanır. Kinderland uşaqların müxtəlif oyunlar oynayaraq və az da olsa gerçək həyatı təcrübə edərək öyrənmə bacarıqlarına yiyələnməsi üçün ideal məkandır.

Bu şəhərcikdəki bütün peşələr, Azərbaycanda və dünyada ən böyük markalar olan tərəfdaşlarımızın fəaliyyət sahələrinə uyğunlaşdırılıb. Burada 4-14 yaş arası uşaqlar 60-dan çox peşəni təcrübədən keçirə bilərlər. Onlar həkim, yanğınsöndürən, alim, aktyordan səyahət agentinə qədər müxtəlif peşələrin sahibi ola bilərlər. Bu layihəni Azərbaycandakı bütün uşaqlara təqdim etməkdən çox məmnunuq. 

Haqqımızda

Hədəfimiz

Hədəfimiz ölkənin ən uğurlu ailə əyləncə məkanına çevrilmək və hər bir ziyarətçimizə təbəssüm bəxş etməkdir.

Məqsədimiz

Uşaqlar bizim gələcəyimizdir və hər şeyin ən yaxşısına layiqdirlər. Bunu nəzərə alaraq, məqsədimiz hər bir ziyarətçimizə mükəmməl və unikal bir təcrübə təqdim etməkdir. İçimizdəki uşağı və bütün digər uşaqları xoşbəxt edək.

İnanc və dəyərlər

  • Hər gün mümkün olan ən yaxşı xidməti təqdim etməkdə qərarlı olmaq;
  • Özümüzü və ətrafımızdakı hər bir şeyi daha da yaxşı etmək üçün bütün potensialımızdan istifadə etmək;
  • “Əyləncə və öyrənmə” arasında əlaqəyə daha çox inanmaq;
  • Müştərilərimizin diqqətini çəkmək və onları heyran etmək;
  • Ünsiyyətə və bir-birindən öyrənməyə daim açıq olmaq;
  • Gördüyümüz işdən qürür və məmnunluq duymaq;
  • Gülümsəmənin əhəmiyyətini anlamaq;
  • Ən son tendensiyaları və texnologiyaları izləmək;
  • Ətrafımızdakı bütün canlı varlıqlara məsuliyyət və hörmətlə yanaşmaq;
  • İçimizdəki uşağın xoşbəxt və var olduğuna əmin olmaq.