Gizlilik siyasəti

İstifadəçinin Kinderland veb-səhifəsi üzərindən giriş bileti alışı edilən zaman qeyd etdiyi hər-hansısa çəxsi məlumatları yalnız Kinderland ilə paylaşılır. İstifadəçinin şəxsi məlumatları veb-səhifədə istifadəçi tərəfindən aparılan əməliyyatlarla bağlı lazım olduqda bizim tərəfimizdən istifadəçilərlə telefon və ya elektron poçt vasitəsi ilə əlaqə saxlamaq üçün istifadə olunur. İstifadəçi tərəfindən aparılan əməliyyatlarla əlaqədar olmayan məlumatlarla bağlı istifadəçinin tam razılığı olmadan, onun şəxsi məlumatları istifadə edilməyəcək və üçüncü tərəfə ötürülməyəcək.

Kinderland veb-səhifəmiz bir çox sosial şəbəkələr üçün sosial plaginlərdən ibarətdir. Sosial plagindən (məsələn, “Bəyənmək/Tövsiyə etmək” kimi) ibarət veb-səhifəyə daxil olduqda, istifadəçinin brauzeri sosial şəbəkə serverlərinə bağlanır və sosial plaginlər üçün tələb olunan məzmun yüklənir. İstifadəçi öz sosial şəbəkə hesabına daxil olduqda, sosial şəbəkə həmin ziyarəti istifadəçinin sosial şəbəkə hesabındakı səhifəsinə bağlaya bilər. İstifadəçi həmin məlumatın sosial şəbəkəyə ötürülməsini istəmədikdə, veb-səhifəmizə baş çəkməzdən əvvəl həmin sosial şəbəkədən çıxmalıdır.  

Veb-səhifəmiz istifadəçi təcrübəsini artırmaq üçün “kukilər”dən istifadə edir. İstifadəçinin veb brauzeri həmin kukiləri qeyd edib saxlamaq məqsədilə, o cümlədən bəzən onlar barədə məlumatı izləmək məqsədilə onları sərt diskə yerləşdirir. İstifadəçi kukilərdən imtina etmək üçün öz veb brauzerini tənzimləməyi və ya təyin etməyi seçə bilər, ya da kukilərin göndərildiyi zaman bu barədə xəbərdar edilməsini seçə bilər. Bunu edərkən nəzərə alınmalıdır ki, veb-səhifənin bəzi hissələri lazımi şəkildə işləməyə bilər.