Kinderland-də sosial layihə keçirildi

Yazını paylaşın:
Kinderland-də sosial layihə keçirildi

Kinderland-də sosial layihə keçirildi

Kinderland peşə şəhərciyi 17 Aprel Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi və “Əlil Körpələrə Yardım” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində 80 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqları Kinderland parkında qəbul etdi. Uşaqlar, Kinderland-in müxtəlif fəaliyyət sahələrində həm nəzəri, həm də praktiki biliklər əldə edərək 60-dan çox peşədə özlərini sınadılar.

Bu sosial layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və onların sosial mühitdə fəal iştirakını təşviq etməkdir.

 “Dəniz Mall”-un 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 5 000 m² olan “Kinderland” – təhsilyönümlü uşaq əyləncə mərkəzi küçələri, mağazaları, nəqliyyat sistemi və xüsusi valyutası olan gerçək bir şəhərciyi xatırladır. Burada 3-14 yaş arası uşaqlar 60-dan çox peşədə özlərini sınaya və biliklərinə yiyələnə bilərlər. Onlar həkim, yanğınsöndürən, polis, aktyordan səyahət agentinə qədər müxtəlif peşələrin sahibi ola bilərlər.

Kinderland-in dəstəyi ilə bu cür fəaliyyətlərin davam etdirilməsi, cəmiyyətimizin daha inklüziv və qayğıkeş olmasına kömək edir.

Kinderland parkının endirimli məhsulları və promo aksiyaları ilə bağlı daha detallı məlumatı aşağıda qeyd olunmuş linklərə keçid edərək öyrənə bilərsiniz:

Facebook 

Instagram 

 

 

Xəbər qalereyası