Dünya Yer Gününə özəl Kinderland-də master-klas
Kinderland parkında yerləşən ADA Universiteti fəaliyyət məkanında 21 aprel tarixində ADA Məktəbinin təşkilatçılığı və dəstəyi ilə Dünya Yer Gününə həsr olunmuş çox maraqlı master-klas keçirdi.
Bu önəmli tədbirin qeyd olunduğu gün bizim evimiz - Yer Kürəsi kimi məsuliyyətimizi xatırladan Kinderland uşaq əyləncə mərkəzi ADA Məktəbi ilə birgə uşaqları ətraf mühitin qorunmasına cəlb etmək üçün interaktiv tədbir təşkil etdi.
Master-klasda iştirakçılar ətraf mühitin əsas prinsiplərini öyrənərək və planetimizin qorunmasının əhəmiyyətini göstərərək əyləncəli və maraqlı zaman keçirdilər. Uşaqlar şəkil çəkmək və onu rəngləmək prosesində iştirak etdilər və adlarını rəngli kağızdan hazırlanmış əlləri formasında çərçivəyə əlavə etdilər.
ADA Məktəbi-nin Kinderland-də keçirdiyi master-klas, təkcə uşaqların deyil, hər birimizin təbiətin qorunmasında və daha sağlam bir gələcəyin yaradılmasında fəal iştirakçı olmağımızı xatırlatdı.