Kinderland fəaliyyətinin 1 illiyini təntənəli şəkildə qeyd etdi.
Dəniz Mall ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən Azərbaycanın ilk təhsilyönümlü əyləncə mərkəzi olan Kinderland fəaliyyətinin 1 illiyini təntənəli şəkildə qeyd etdi.
Noyabrın 14-də Caspian Entertainment şirkəti dostları və Kinderland layihəsinin tərəfdaşları ilə birlikdə əməkdaşlığın birinci ilini təntənəli şəkildə qeyd etdi. Kinderland bir axşamlıq 80-ci illərin Bakı ab-havasına qayıtdı.Peşəkarlıqla tərtib edilmiş retro dekorasiyalar, o illərin hitləri və yüngül nostalji bütün qonaqları keçmişə apardı.
Tədbirin konsepti ən xırda təfərrüatlarına qədər düşünülmüşdü - o dövrün xatırlanması birbaşa mərkəzin girişində hiss olunurdu. Burada qonaqları «aerodrom» papaqlı personajlar qarşılayıb, hər kəsi retro üslubda stendin qarşısında xatirə şəkli çəkdirməyə dəvət edirdilər.
Axşamın əsas elementlərdən biri də musiqi oldu. 80-ci illərin tanınmış motivləri, qonaqların bəzilərinə gənclik dövrlərini, digərlərinə isə - uzaq keçmişdən bir dövrü həyacanlı hisslərlə xatırlatdı. Hər bir qonaq tədbirin təşkilatçıları tərəfindən peşəkarlıqla canlandırılan həmin dövrə “qayıtdılar”.
Bu axşama dəvət olunan Kinderland tərəfdaşları, Azərbaycanın müxtəlif sektorlarında fəaliyyət göstərən 40-a yaxın aparıcı şirkətlərin təmsilçiləri oldular. Qeyd edək ki, Kinderland-də tərəfdaş şirkətlərin brendləri nümayiş etdirilir,əsas fəaliyyətlərinə uyğun olaraq gələcəyin peşəkarları yetişdirilir.
Emin Musəvinin aparıcılığı ilə keçirilən tədbirin rəsmi hissəsində PAŞA Holdinqin baş direktoru Cəlal Qasımov belə bir layihənin Azərbaycanın gələcəyi üçün xüsusi əhəmiyyətini qeyd edib: “Məhz burada uşaq peşə seçimi ilə bağlı qərar verə bilər və bunu, ölkəmizin gələcəyi olan uşaqlara maarifləndirici və əyləncəli formatda etmək maraqlıdır. Mən şadam ki, PAŞA Holdinq müasir Azərbaycan cəmiyyəti üçün belə faydalı və mühüm layihədə iştirak edir. Dəstəklərinə görə bütün tərəfdaşlara təşəkkür edirik! Biz birlikdə Kinderland-in cəmiyyətə daha da əhəmiyyətli və zəruri olması üçün hər şeyi edəcəyik”.
Caspian Entertainment Company-nin direktoru Ahmet Haytaoğlu öz növbəsində şirkətin 400 nəfərlik mehriban kollektivi Kinderland ziyarətçilərinin razı qalması üçün peşəkar və məsuliyyətli çalışdığını qeyd edib: “Kinderland kommersiya layihəsi deyil, ilk növbədə sosial layihədir və bizim üçün ən böyük mükafat uşaqların və onların valideynlərinin üzündə təbəssüm görməkdir. Səmimi və müsbət emosiyalar görərək, biz hər şeyi düzgün etdiyimizi başa düşürük və bundan sonra da eyni ruhda, inkişaf edərək, bütün ziyarətçiləri xoş təəccübləndirərək işləməyə davam edəcəyik”.
“PAŞA Holdinq”-in Vençur şirkətlər qrupunun direktoru Elnur Əmikişiyev bildirib ki, o, bir valideyn olaraq, Azərbaycanda uşaqlar üçün bu formatda layihənin olması haqqında düşünürdü: “Pandemiya Kinderland fəaliyyətinin başlanmasına müdaxilə etmiş olsa da, işçiləri tərəfindən hər ziyarətçiyə göstərilən xüsusi qayğı və peşəkar xidmət ilə bu unikal layihə artıq 1 ildir uğurla fəaliyyət göstərir, balacaları və onların valideynlərini sevindirir. Əminəm ki, bu uğurlu layihənin uşaqlar üzərində daima böyük qatqısı olacaq”.
Caspian Entertainment Company-nin marketinq, sponsorluq və satış departamentinin direktoru Mehriban Nəzərova çıxışı zamanı vurğulayıb: “Kinderland Azərbaycana bir çox yeniliklər gətirib – layihənin unikal konsepti və orijinal dekorativ-memarlıq həlləri ölkəmizdə ilk dəfə olaraq Kinderland-in yaradılması zamanı tətbiq edilib. Lakin ən əsası, 37 brendlə təmsil olunan layihə tərəfdaşlarının - ölkənin aparıcı şirkətlərinin əvəzsiz dəstəyidir. Kinderland ilə əməkdaşlıqda maraqlı olan tərəfdaşların sayı artmaqda davam edir və bu, bizi yalnız sevindirir”.
Tədbirin rəsmi hissəsi layihənin inkişafına töhfə vermiş və töhfə verməkdə davam edən hər bir tərəfdaşına Kinderland-in simvolik açarların təqdim edilməsi ilə başa çatdı.
Sonra qonaqlar furşetə dəvət olundular, burada səmimi şəraitdə birgə əməkdaşlığın davam etdirilməsi üçün gələcək planlar və perspektivləri müzakirə etdilər. Retro gecəni həqiqətən unudulmaz edən "Karvan" kult qrupunun keçmiş solistinin İlqar Xəyalın çıxışı oldu.
Kinderland, ziyarətçilərinin buradan xoş təbəssümlə ayrılması və balaca dostlarının öyrəndiklərini real həyatda tətbiq etmələri üçün təhsilyönümlü əyləncə fəaliyyətini daha da güclü formada davam etdirəcək!
Ətraflı məlumat üçün www.kinderland.az vebsaytı və ya 012 525 44 04 / 010 525 44 14 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Kinderland-in sosial media səhifələri:
Facebook: https://www.facebook.com/Kinderlandaz
Instagram: https://www.instagram.com/kinderlandbaku