Kinderland-ə Mistik Səyahət

Yazını paylaşın:
Kinderland-ə Mistik Səyahət

Halloween Kinderland-də

Kinderland uşaqları və valideynlərini Halloween-i qeyd etməyə dəvət edir!

Bakının ən böyük uşaq əyləncə mərkəzi olan Kinderland növbəti dəfə qonaqlarını təəccübləndirməyə hazırdır.

“Halloween” ərəfəsi 29 və 30 Oktyabr balaca dostlarımızı və valideynlərini Kinderland-də Mistik səyahət-ə dəvət edirik.  Bu günlər ərzində Kinderland şəhərciyi hər zamankından daha əyləncəli və sirli olacaq.

Balaca qonaqları günboyu qorxulu və bir o qədər də gülməli personajlar, peşələr paradı, bonus Kindi-lər və maraqlı master-klaslarda iştirak etmək imkanı gözləyir. Uşaqlar xüsusi kvestlərdə iştirak edərək “Trick or Treat” tərəflərini seçə, maraqlı şouların bir hissəsi ola və “Halloween”-ə özəl xüsusi hazırlanmış “flashmob”-u izləyə bilərlər.

"Qorxulu" obrazlar olmadan “Halloween”-i təsəvvür etmək olar?  Əlbəttə ki, yox!  Kinderland şəhərciyinin tematik geyimlərlə gələn bütün balaca qonaqları geyim müsabiqəsində iştirak edə və Kinderland-dən hədiyyələr qazana biləcəklər.

Əyləncə davam edir! Qeyd olunan tarixlərdə uşaqları animatorlar tərəfindən təşkil olunmuş Halloween məzmunlu oyunlar, DJ və “Paper” Şou gözləyir.

“Kinderland-də Mistik səyahət” bayram günlərində iştirak etmək Kinderland-in giriş biletinə daxildir.

İlin ən mistik və “şirin” səyahəti yaxındadır!

Ətraflı məlumat üçün www.kinderland.az vebsaytı və ya 012 525 44 04 / 010 525 44 14 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Kinderland-in sosial media səhifələri:

Facebook: https://www.facebook.com/Kinderlandaz

Instagram: https://www.instagram.com/kinderlandbaku

Youtube : https://bit.ly/3MFzEQR