Telestudiya

Burada uşaqlar müxbir və sosial media ekspertləri rolunda çıxış edirlər. Əvvəcə onlar jurnalistika fəaliyyətinin əsas amilləri haqqında məlumat əldə edirlər. Daha sonra uşaqlara məqalə hazırlamaqla bağlı təlim keçirilir və onları televiziyada müxbirlik etməyə hazırlayırlar. Digər uşaqlar isə sosial şəbəkələrdəki şərhlər haqqında məlumat əldə edir və sosial şəbəkədə paylaşmaq üçün “Kinderland” şəhərciyi barəsində bir status hazırlayırlar.

Bonus:

+10 Kindi

Yaş:

+8

Öyrənilən dəyərlər:

Məsuliyyət, innovasiya, peşəkarlıq, həmrəylik, hörmət.

Qazanılan bacarıqlar:

Tam diqqətlilik, yaradıcılıq, ünsiyyət.