Xəstəxana

Burada uşaqlar cərrah, paramedik (təcili tibbi yardım həkimi) və yeni doğulmuş körpələr üçün tibb bacısı rolunda çıxış edirlər. Onlar cərrahiyyə vasitələri, ilk tibbi yardım avadanlıqları və körpələrə necə qulluq göstərilməsi barədə məlumat əldə edirlər. Daha sonra uşaqlar qaraciyər köçürülməsini həyata keçirir, ilk yardım göstərərək huşsuz xəstələrin həyatını xilas edir və yeni doğulan körpələrin qayğısına qalırlar.

Bonus:

+8 Kindi

Yaş:

+4 (uşaq baxımı)
+6 (cərrah, paramedik)

Öyrənilən dəyərlər:

Alicənablıq, həmrəylik, dürüstlük, hörmət, məsuliyyət.

Qazanılan bacarıqlar:

İncə motor bacarıqları, qərar vermə, əməkdaşlıq, tam diqqətlilik.