Bank
Burada uşaqlar bankir rolunda çıxış edərək dünyadakı ilk bank sistemi, bank prosedurları və xidmətləri, həmçinin fiziki və hüquqi şəxslər üçün bankın əhəmiyyəti barəsində məlumat əldə edirlər. Bundan başqa, uşaqlar hava limanında verilən 50 Kindi dəyərində çeki bankda nağdlaşdıra bilərlər. Uşaqlara bank hesabı açmağın, habelə lazım olduqda bankomatlardan (ATM) istifadə edərək pul götürməyin yolları izah olunur.
Bonus:
+10 Kindi
Yaş:
+8
Öyrənilən dəyərlər:
Məsuliyyət, düzgünlük, dözümlülük, inam və etibar, dürüstlük.
Qazanılan bacarıqlar:
Əməkdaşlıq, ünsiyyət, riyazi inkişaf, sosiallaşma.