Arxeologiya və Etnoqrafiya Muzeyi
Burada uşaqlara arxeologiya və arxeoloqun vəzifələri barədə təlimatlar verilir. Onlar ilk öncə qazıntı sahəsi və onun şərtləri ilə tanış olurlar. Daha sonra uşaqlar təhlil edəcəkləri tarixi əsərləri əldə etmək üçün qazıntı sahəsində işləməyə başlayırlar. Son mərhələdə uşaqlar əldə etdikləri əsərlərin dövr və mədənniyyət xüsusiyyətlərinə görə muzeydə yerləşdirilmə qaydasını öyrənirlər.
Bonus:
+10 Kindi
Yaş:
+6
Öyrənilən dəyərlər:
Məsuliyyət, həmrəylik, maariflənmə, hörmət.
Qazanılan bacarıqlar:
Motor bacarıqları, komanda işi, tədqiqat, hədəf təyin etmə, nəticə yönümlülük.