Azerbaijan's first educational entertainment center - Kinderland is opened
“Kinderland” özündə Azərbaycan paytaxtının kiçik versiyasını təcəssüm edir (onun sahəsi 5000 m² təşkil edir) və ümumilikdə küçələri, dükanları, nəqliyyat sistemi əsl şəhərdən heç nə ilə fərqlənmir, burada hətta xüsusi valyuta da var – “kindi”.
Bu şəhər 14 yaşına qədər olan uşaqlar üçün ustalıqla yaradılıb və ideal surətdə adaptasiya edilib, maraqlı oyun prosesini faydalı biliklərin mənimsənilməsi ilə ahəngləşdirərək, burada onlara aktivlik üçün otaqlarda 60-dan çox fəaliyyət növü təklif edir.
“Kinderland”ə baş çəkdikdə, hər uşaq müxtəlif fəaliyyət sahələrində (yanğınsöndürən, pilot, cərrah, stilist, aşpaz, mehmanxana işçisi, televiziyaçı, turist agenti, polis və s.) real həyatı hiss etmək və oyun zamanı çoxsaylı peşələr haqqında maraqlı məlumat almaq imkanı qazanacaq. “Kinderland”də bütün mümkün tədrislər mərkəzin 36 tərəfdaşının – ən iri Azərbaycan və xarici şirkətlərin fəaliyyət sahələrinə adaptasiya olunub. Burada daim uşaqları dəstəkləyən və onları müxtəlif aktivliklərə cəlb edən eduteynerlər çalışırlar. Eduteynerlər xüsusi hazırlığı uğurla başa vuran ali məktəblərin məzunları, diplomlu mütəxəssislərdir.
Mərkəzin ayrılmaz hissəsi əsl “Airbus A319” təyyarəsinin nəhəng instalyasiyasıdır – ilk dəfə Azərbaycanda təyyarənin “Qarabağ” adlı 16 metrlik gövdəsi “Dəniz Mall”da məhz “Kinderland”də yerləşdirilib; burada uşaqların öyrədilməsi və dünyanın istənilən nöqtəsinə uçuşun oyun əsnasında təkmilləşdirilməsi üçün peşəkar simulyatorlar mövcuddur.
“Kinderland”də yaşı 4-dən aşağı olan körpələr haqqında da unutmayıblar, onlar üçün mərkəzdə xüsusi oyun meydançası nəzərdə tutulub, xüsusi “party-room”larda isə təkrarolunmaz və unudulmaz olacaq ad gününü qeyd etmək mümkündür.
“Kinderland”in açılışına həsr olunan mətbuat konfransında “PASHA Holding” şirkətlər qrupunun direktoru Elnur Əmikişyev bunları qeyd etdi: “Mərkəzin konsepti məni yalnız şirkətin nümayəndəsi kimi deyil, həm də valideyn kimi sevindirir – “edutainment” formatı özündə həm tədris, həm də əyləncə hissələrini uzlaşdırır. Azərbaycanda bu layihənin analoqu yoxdur, ümid edirik ki, “Kinderland” həm uşaqlar, həm də valideynlər üçün sevimli məkana çevriləcək”.
Qeyd edək ki, “Kinderland” “Caspian Entertainment Company” şirkətinin layihəsidir. Azərbaycan KİV nümayəndələri ilə görüşdə onun direktoru Əhmət Haytaoğlu bəyan edib ki, “uşaqlar bizim hər şeyimizdir” və valideynlər övladlarını mərkəzin işçilərinə tam etibar edə bilərlər – onlar hər bir qonağa xüsusi diqqət və qayğı ilə yanaşacaqlar.
“Kinderland”in marketinq, sponsorluq və satışlar departamentinin direktoru Mehriban Nəzərova mərkəzin konseptini unikal adlandırıb və qeyd edib ki, mərkəzdə Təhsil Nazirliyinin təsdiq etdiyi ümumtəhsil məktəblərinin rəsmi illik tədris proqramına əsaslanan kompleks tədris kontenti işlənib hazırlanıb: “Bu proqram müəllimlərə tədris prosesini asanlaşdırmağa, tədrisdə yeni yanaşmaları hazırlamağa və uşağın yeni biliklərə yiyələnməsinə marağının artırılmasına imkan verən ideal alətdir. Mərkəzə baş çəkilməsi məktəblilər üçün faydalı olacaq, çünki “Kinderland”ə onlar məktəbdə əldə etdikləri bilikləri praktikada tətbiq edə biləcəklər”.
Aktivlik zonaları üzrə böyük menecer Elman Mustafayev mərkəzin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi bütün qaydalara uyğun fəaliyyət göstərəcəyini vurğuladı. Adi rejimdə “Kinderland” 900 nəfəri qəbul edə bilər: “Uşaqların təhlükəsizliyinə xüsusi diqqət ayırırıq – biz innovativ təhlükəsizlik sistemi hazırlamışıq, girişdə uşağa qolbaq taxılacaq, onun vasitəsi ilə valideynlər mərkəzdə olan uşaqların hərəkətlərini izləyə biləcəklər. Yaxın zamanlarda bu proqram tərəfimizdən mobil tətbiq kimi də təqdim olunacaq”.
“Kinderland” – böyüklərin rollarını tətbiq edərək öz təcrübələrini real həyatda istifadə etməyə öyrənən və oynayaraq tədris alan uşaqlar üçün ideal məkandır!
“Kinderland” əyləncə mərkəzinin idarəçiliyi “Caspian Entertainment Company” şirkətinə məxsusdur. Şirkət ailə istirahətinin və uşaqlar üçün əyləncə təşkili, həmçinin tədris layihələrinin idarəolunması sahəsində ixtisaslaşıb. Onlara Amburan Kids”, “Kinderland Shuvelan Mini”, “Flash Kart”, “Slide”, “Bumblebee Play / Preschool & Bumblebee Montessori School” və “Laser Tag” kimiləri aiddir.
Press Release - AZE