“Kinderland” şəhərinə uçmağa hazır olun

Yazını paylaşın:
“Kinderland” şəhərinə uçmağa hazır olun

“Kinderland” şəhərinə uçmağa hazır olun

Hər bir valideyn haqlı olaraq öz övladının sağlam gələcəyini və mükəmməl bir mühitdə böyüməsini istəyir. Uşaqların həyatda formalaşmasında ailələrin və ətraflarında yaşadıqları və şahid olduqları proseslərin böyük təsiri var. Bu reallıqları nəzərə alaraq, martın 12-də "daha böyük bir gələcək" anlayışı ilə “Dəniz Mall” ticarət mərkəzində fəaliyyətə başlayacaq "Kinderland Ailə və Uşaq Əyləncə Mərkəzi" həm uşaqların, həm də valideynlərin ehtiyaclarını qarşılamağı qarşısına məqsəd qoyub. Kinderland 4-14 yaş arası uşaqlar üçün müxtəlif fəaliyyətlər təklif edir. Burada uşaqlar rol canlandırma oyunları sayəsində 52-dən artıq fərqli peşə ilə bağlı iş təcrübəsi əldə etmək imkanı qazanacaq.

“Kinderland” layihəsinin ayrılmaz bir hissəsi, qonaqları qapıda salamlayan orijinal Airbus A319 təyyarəsidir. Azərbaycanda ilk dəfə olaraq "Dəniz Mall" ticarət mərkəzinin 5-ci mərtəbəsində 16 metrlik "dəmir quş" maketi quraşdırılmışdır. Bu maket yeni bir ölkəyə səfəri simvolizə edir.

İngiltərədən Bakıya uzun bir məsafə qət edən "Qarabağ" adlı təyyarə Kinderland Baku layihəsinin tərəfdaşı olan Azərbaycan Hava Yollarının korporativ üslubuna uyğunlaşdırılıb. Təyyarədə uşaqlara təlim vermək üçün 6 peşəkar uçuş simulyatoru var və ən əsası uşaqlar həqiqi bir təyyarənin uçuş və eniş anını hiss edəcəklər.

İnanılmazdır, elə deyilmi? Uşaqlarınız bu ecazkar və unudulmaz təcrübəni yalnız burada yaşaya bilərlər. Beləliklə, 12 mart 2020-ci ildə Kinderlanda uçmağa hazır olun! Azərbaycan və dünyadakı bütün uşaqların gəlib bizim mərkəzdə oynamasını səbirsizliklə gözləyirik.

"Kinderland Ailə və Uşaq Əyləncə Mərkəzi" “Caspian Entertainment” şirkətinə məxsusdur. Şirkət, eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən digər populyar əyləncə və təhsil müəssisələrinə sahibdir. Bunlara “Bumblebee / Məktəbəqədər və Montessori məktəbi, həmçinin “Amburan Kids”, “LaserTag” və “Karting” kimi əyləncə və təhsil müəssisələri daxildir.

Xəbər qalereyası